XƏBƏRLƏR / Qonşular

Paşinyan və Pezeşkian İrəvanda görüşüblər

Bu barədə "Sputnik-Ermənistan" məlumat yayıb

Paşinyan və Pezeşkian İrəvanda görüşüblər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkian İrəvanda görüş keçiriblər.

    Bu barədə "Sputnik-Ermənistan" məlumat yayıb.

    Görüş İrəvanda COP17 liderləri sammiti çərçivəsində baş tutub. Ermənistan baş nazirinin aparatı danışıqların təfərrüatlarını açıqlamır.

    İran liderinin mətbuat xidməti isə öz növbəsində bildirib ki, tərəflər İran və Ermənistan arasında ikitərəfli əməkdaşlığı müzakirə ediblər.

    Qeyd edək ki, bu, Paşinyan və Pezeşkianın son iki həftə ərzində artıq ikinci görüşüdür.