İranda azərbaycanlı qadın fəala edam cəzası verildi
Şərifə Məhəmmədi “hakimiyyətə qarşı silahlı və qrup şəklində üsyan”da ittiham edilib
Rəştin Lakan həbsxanasında saxlanılan və milliyətcə azərbaycanlı olan İşçi Hərəkatı fəalı Şərifə Məhəmmədi barəsində edam hökmü çıxarılıb.
Məlumata görə, Rəşt şəhər İnqilab Məhkəməsi qadın fəalı “hakimiyyətə qarşı silahlı və qrup şəklində üsyan”da ittiham edilib.
Qeyd edək ki, bir müddət öncə xanım fəalın anası videomüraciət yayaraq, qızının taleyindən narahat olduğunu bildirmişdi (Abbas Lisaninin “Telegram” kanalı).