Ermənilər Qarabağdan meyitlərini gətirməyi tələb edirlər
Xankəndində dəfn edilən əsgərlərin yaxınları hökumət binası yaxınlığında oturaq aksiya keçirəcək
2023-cü ilin sentyabrında antiterror əməliyyatı nəticəsində ölən və Xankəndində dəfn edilən separatçıların yaxınları eksqumasiya və Ermənistanda yenidən dəfn məsələsinin həll edilməsi xahişi ilə hakimiyyətə müraciət ediblər.
Bu barərədə "Hraparak" qəzeti yazır.
Nəşrin yazdığına görə, onlar hökumətdən təhdidlər aldıqları üçün problemi ictimailəşdirmək istəmirlər. Onlar doqquz aydır hökumətin qapılarını döyürlər, lakin Paşinyan onların tələblərini təmin etmir.
Problem həll olunmasa, Xankəndində dəfn edilən əsgərlərin yaxınları hökumət binası yaxınlığında oturaq aksiya keçirəcək.