XƏBƏRLƏR / Qonşular

Gürcüstanda “qanuni oğruların” ovuna çıxıblar

Daxili işlər naziri Geladze bu barədə brifinqdə 72 nəfərin saxlandığını deyib

Gürcüstanda “qanuni oğruların” ovuna çıxıblar
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Gürcüstanda təhlükəsizlik qüvvələri "oğruların cinayətkar dünyasında" iştirak etməkdə və ya onları dəstəkləməkdə, eləcə də "qanuni oğru" statusuna malik olmaqda şübhəli bilinən 72 nəfəri saxlayıb.

    Daxili işlər naziri Geka Geladze bu barədə bu gün keçirilən brifinqdə məlumat verib. Onun sözlərinə görə, həbslər Acarıstanda baş verib.
    Nəzarətə alınan 72 nəfərlə yanaşı, hazırda həbsdə olanlara və hazırda Gürcüstandan kənarda olanlara da qarşı ittihamlar irəli sürülüb.