XƏBƏRLƏR / Qonşular

Vladimir Putin şəxsi mühafizəsini 4-cü dəfə artırdı FOTO

Bu barədə "Telegraph" nəşrinin araşdırmasında deyilir

Vladimir Putin şəxsi mühafizəsini 4-cü dəfə artırdı FOTO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rusiya Prezidenti Putin Federal Mühafizə Xidmətinin (FSO) mərkəzi ofisində şəxsi təhlükəsizliyindən məsul olan işçilərin sayını 785-dən 812-yə qədər artırıb.

    "Telegraph" nəşrinin məlumatına görə, bu, Rusiya-Ukrayna müharibəsinin başlanğıcından bəri FSO işçilərinin sayının dördüncü dəfə artırılmasıdır. Nəşrin məlumatına görə, Avropa kəşfiyyat orqanları təhlükəsizlik tədbirlərinin artırılmasını Kremlin uzaqmənzilli dron hücumları ilə bağlı narahatlıqları, eləcə də mümkün sui-qəsd cəhdi və ya çevriliş riski ilə əlaqələndirirlər.

    Məlumata görə, Putinə yaxın işləyən işçilərə onun yanında olarkən mobil telefonlardan, internet cihazlarından, ictimai nəqliyyatdan və hətta qol saatlarından istifadə etmək qadağandır.

    Nəşr qeyd edir ki, bu tədbirlər Rusiya rəhbərliyinin prezidentin şəxsi təhlükəsizliyi ilə bağlı artan narahatlığını əks etdirir.