XƏBƏRLƏR / Qonşular

Ərdoğan Zəngəzur dəhlizinin açılışından danışdı

Bu barədə Türkiyə Prezidenti Vaşinqtondan qayıdarkən təyyarədə jurnalistlərə bildirib

Ərdoğan Zəngəzur dəhlizinin açılışından danışdı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Zəngəzur dəhlizinin açılışı Azərbaycan və Ermənistan arasında sülh sazişini tamamlayacaq addımdır.

    “TRT Haber”ə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

    “Biz Paşinyana bu məsələ ilə bağlı artıq hər şeyi demişik. İndi biz sülh üçün bütün yelkənləri açmalıyıq. Ümid edirik ki, Azərbaycan və Ermənistan arasında tezliklə daimi sülh əldə olunacaq. Türkiyə olaraq bu barışı ürəkdən dəstəkləyirik. Zəngəzur dəhlizinin açılması bu sülh sazişini taclandıracaq və tamamlayacaq addımdır. Bu addımlar Azərbaycanın, Ermənistanın, Türkiyənin və regionun digər ölkələrinin rifahına və sülhünə müsbət töhfə verəcək”, - Ərdoğan vurğulayıb.