İran Azərbaycanla sərhəddə ballistik raket yerləşdirib?
Məlumatın ilk mənbəyi "Araz News" saytıdır
İran Azərbaycanla sərhəddə ballistik raket buraxılış qurğuları yerləşdirib?
İranın Azərbaycanla sərhəd bölgəsində, Araz çayının cənubunda ballistik raket buraxılış qurğuları yerləşdirdiyi açıqlanıb.
Sosial mediada yayılan məlumat və fotolarda bir raket buraxılış qurğusu və bir neçə hərbi maşın görünür. Paylaşımlarda Şərqi Azərbaycan əyalətinin Culfa şəhəri yaxınlığında, sərhəd kəndlərinin ətrafındakı ikinci dərəcəli yollardan birində ən azı iki raket buraxılış qurğusunun hərəkət etdiyi bildirilir.
Qeyd edək ki, bununla bağlı, İranın yerli mənbələrinə istinadən "Azərbaycan Milli Müqavimət Təşkilatı Xəbər Agentliyi" - "Araz News" saytı məlumat yayıb.
1 dəqiqədən az