XƏBƏRLƏR / Qonşular

Köçəryana məxsus TV çobanımızın Ermənistana keçdiyini deyir

Azərbaycan tərəfi hələ məsələ ilə bağlı xəbər verməyib

Köçəryana məxsus TV çobanımızın Ermənistana keçdiyini deyir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Hərbi cani Robert Köçəryana məxsus NewsTV5 xəbər verir ki, azərbaycanlı çoban sərhədi keçərək Ermənistana keçib.

    Sayt yazır: “Bizə məlumat verildi ki, o, tapılıb və o, hazırda Berd şəhərinin hərbi polisindədir.

    Ermənistan Müdafiə Nazirliyi hələlik şərh verməyib; Tavuş icmalarının başçılarından biri TV ilə söhbətində bu barədə onun da eşitdiyini, lakin dəqiq məlumatı olmadığını deyib: “O, bizim bölgənin meşələrindən gəlib”.

    Ermənistan MTX-dən bildirdilər ki, hazırda onlarda belə bir məlumat yoxdur, bunu dəqiqləşdirib məlumat verəcəklər.

    TV başqa bir icma rəhbəri ilə də danışıb və o deyib ki, çoban Aygedzor ərazisindən keçib və hazırda hərbi polisdədir. İcma rəhbəri qeyd edib ki, hava dumanlı və yağışlı olub.

    Azərbaycan tərəfi hələ məsələ ilə bağlı xəbər verməyib.

    Qeyd edək ki, bu hərbi cani Köçəryana əxsus olan TV-nin təxribatı da ola bilər.

    ARAYIŞ-ANSPress:

    "Channel 5" telekanalının Sahibi Armen Tavadyandır.

    Tavadyan kimdir:
    • Erməni əsilli iş adamı, Ermənistanda və Rusiyada təhsil alıb
    • 1993-cü ildən 2005-ci ilə qədər Moskvada qondarma "Dağlıq Qarabağ nümayəndəliyinin" rəhbəri olub
    • Hərbi cani Robert Köçəryanın yaxın adamı hesab olunur