Ermənistan Sülh Müqaviləsi üzrə 6-cı təklifi Bakıya göndərib
Bu barədə Ermənistanın xarici işlər nazirliyi xəbər verib
Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 18-də Azərbaycanla sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün diplomatik səylərin gücləndirilməsi barədə açıq bəyanatından sonra Ermənistan tərəfi Müqavilə üzrə 6-cı təklifi Azərbaycan tərəfinə təqdim edib.
XIN: "Ermənistan əvvəllər elan edilmiş prinsiplər əsasında münasibətlərin normallaşdırılmasına dair sənədin bağlanması və imzalanmasına sadiq qalır".
Xatırladaq ki, Azərbaycan təklifləri Ermənistana sentyabr ayında göndərib. Rəsmi İrəvan cavabı 2 aydan çox ləngitdikdən sonra Bakıya indi göndərib.