XƏBƏRLƏR / Qonşular

İranın neft naziri enerji böhranına görə işdən çıxarılıb

Bu barədə “Iran International” dərgisi məlumat verib

İranın neft naziri enerji böhranına görə işdən çıxarılıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • “Iran International”ın məlumatına görə, neft naziri Möhsün Paknejadın istefası enerji sektorundakı böhran, ixracın azalması və sanksiyalı neftin satışından əldə edilən gəlirlərin bölüşdürülməsi ilə bağlı mübahisələrlə əlaqələndirilir.

    Rəsmi olaraq, onun istefası “şəxsi problemlər”lə əlaqələndirilib. Digər səbəblərə kölgə neft satış sxemlərində şəffaflığın olmaması, enerji obyektlərinin idarə olunması ilə bağlı problemlər və böyük layihələrdə gecikmələr daxildir.

    Vəziyyət daxili bazarda yanacaq çatışmazlığı ilə daha da ağırlaşıb.

    Bu arada ABŞ Maliyyə Naziri Skot Bessent İranın yeni neft nazirinin təyinatının faydalılığını şübhə altına alaraq qeyd edib ki, Tehran avqustun 25-dən bəri tankerlərə xam neft yükləməyib. "İranın yeni neft naziri var. Lakin ölkənin avqustun 25-dən bəri gəmilərə bir barel də olsun neft yükləmədiyini nəzərə alsaq, yeni nazir görəsən nə ilə məşğuldur?", - deyə o, X hesabında yazıb.