Yunanıstan dəniz sərhədlərini genişləndirməyə cəhd edə bilər
Türkiyə bu addımı casus belli (müharibə üçün bəhanə) kimi qiymətləndirəcək
Yunanıstan "suveren hüquqlarını" əsas gətirərək, Egey dənizinin müəyyən ərazilərində ərazi sularını mövcud 6 dəniz milindən kənara çıxarmaq planlarını açıqladı.
Bu barədə "Daily Sabah" qəziti yazır.
Mümkün genişlənmə üçün konkret bir müddət və ya ərazilər açıqlanmayıb.
Türkiyə Egey dənizində Yunanıstanın ərazi sularını genişləndirmək üçün atılan hər hansı bir addıma qəti şəkildə qarşı çıxır və bunun naviqasiya azadlığına və regional tarazlığa təhdid olduğunu iddia edir.
Ankara 1995-ci ildən bəri belə bir addımı casus belli (müharibə üçün bəhanə) kimi qiymətləndirir.
1 dəqiqədən az