Gürcüstan hökumətində baş nazir dəyişikliyi ilə bağlı kadr dəyişiklikləri altı departamentin rəhbərinə də təsir edəcək. "Mtavari Arxi" televiziya şirkəti öz mənbəsinə istinadən xəbər verir.
KİV-in məlumatına görə, yanvarın 24-də hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının siyasi şurasının iclası keçirilib, iclasda bu qərarlar qəbul edilib: hakim partiyanın hazırkı sədri İrakli Kobaxidzenin Baş nazir postuna namizədliyi irəli sürülüb.
Gürcüstan hökumətinin hazırkı rəhbəri İrakli Qaribaşvili isə partiya sədri vəzifəsini icra edəcək.
Digər dəyişikliklərə gəlincə, Xarici İşlər, Ədliyyə, Səhiyyə, Müdafiə və Mədəniyyət nazirliklərinin rəhbərləri dəyişdiriləcək. Belə ki, müdafiə naziri postuna Cuanşer Burçuladzeni əvəz edəcək Gürcüstan parlamentinin vitse-spikeri İrakli Çikovaninin namizədliyinə baxılır.
Bundan əlavə, mətbuatda yayılan məlumatlara görə, versiyalardan biri də “Gürcü Arzusu”nun qurucusu, milyarder Bidzina İvanişvilinin böyük oğlu Uta İvanişvili siyasi səhnəyə çıxacaq..
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvilinin də vəzifəsini tərk edəcəyi istisna edilmir.