XƏBƏRLƏR / Qonşular

Gürcüstan DİN etiraz aksiyaları ilə bağlı açıqlama verib

Ötən gecə ictimai asayişi pozan 24 nəfər saxlanılıb

Gürcüstan DİN etiraz aksiyaları ilə bağlı açıqlama verib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Gürcüstanın Daxili İşlər Nazirliyi etiraz aksiyalarında vəziyyətlə bağlı rəsmi statistika açıqlayıb.

    Onların məlumatına görə, ötən gecə ictimai asayişi pozan 24 nəfər saxlanılıb: onlar xırda xuliqanlıqda və polisə tabe olmamaqda ittiham olunurlar. Etiraz günlərində ümumilikdə 224 nəfər saxlanılıb. Onların arasında 10 xarici vətəndaş (səkkizi Rusiya vətəndaşıdır) var.

    Aparılan cinayət işi çərçivəsində daha iki nəfər həbs edilib. İstintaq müəyyən edib ki, noyabrın 29-da onlardan biri parlamentin binasına yandırıcı qarışığı ataraq binaların birində yanğın törədib, ikincisi isə polisə pirotexniki vasitələrlə xəsarət yetirib. Saxlanılanların müvafiq olaraq 17 və 21 yaşı var. Sonuncu əvvəllər bir neçə dəfə məhkum olunub. Onları 7 ilə qədər həbs gözləyir.

    Dünən gecə 21 polis yaralanıb. Ümumilikdə etiraz günlərində 113 polis əməkdaşı xəstəxanaya yerləşdirilib - onlardan 4-ü klinikalarda qalır.

    Məlumatda mümkün səlahiyyətlərdən sui-istifadə halları və ya etirazçılarla pis rəftarla bağlı araşdırmaya başlanılması barədə heç nə deyilmir.