İranda dövlət televiziyası Qalibafın canlı çıxışını kəsdi
Bu barədə İran parlamentinin Media Mərkəzi məlumat yayıb
İranda Parlament sədri Məhəməd Baqer Qalibafın müsahibəsinin yayımı ABŞ ilə danışıqlara qarşı çıxan tənqidçilərə müraciət etdikdən sonra yarımçıq kəsilib.

Parlament Media Mərkəzinin məlumatına görə, dövlət televiziyası yayım üçün əvvəlcədən proqramlaşdırılmış materiala baxmayaraq, heç bir izahat vermədən yayımı dayandırıb.
Müsahibədə nüvə proqramı, dondurulmuş aktivlər, mümkün yenidənqurma krediti və Trampın açıqlamaları əhatə olunub.
Televiziyadan hələlik rəsmi şərh gəlməyib.
1 dəqiqədən az