XƏBƏRLƏR / Qonşular

Gürcüstan parlamenti qalmaqallı qanun layihəsini qəbul etdi

“Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edilib

Gürcüstan parlamenti qalmaqallı qanun layihəsini qəbul etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Gürcüstan parlamenti etiraz aksiyaları fonunda “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib.

    Qeyd edək ki, qanunun qüvvəyə minməsi üçün deputatlar ona daha iki oxunuşda baxıb qəbul etməlidirlər.

    83 deputat qanun layihəsinin qəbulunun lehinə səs verib.

    Xatırladaq ki, hakim “Gürcü Arzusu” partiyası sözügedən qanun layihəsini aprelin 3-də parlamentə təqdim edib. Gürcüstanın əksər vətəndaş cəmiyyəti təşkilatları, ABŞ və Aİ də daxil olmaqla Qərb tərəfdaşları qanun layihəsinin qəbul edilməsinin əleyhinə çıxış edir. Paytaxt Tbilisidə bir neçə gündür etiraz aksiyaları keçirilir.

    Gürcüstan Prezidenti Salome Zurabişvili isə hakim “Gürcü Arzusu” partiyasının “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsinin qəbul edilməsində israr etməsini təxribat adlandırmışdı.