XƏBƏRLƏR / Qonşular

Azərbaycan-İran əməkdaşlığı müzakirə olunub

Baş nazirin müavini Şahin Mustafayev iranlı nazir Fərzanə Sadeqlə görüşüb

Azərbaycan-İran əməkdaşlığı müzakirə olunub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan və İran arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

    Baş nazirin müavini Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadeq ilə görüşüb. Görüşdə iki ölkə arasında ticarət-iqtisadi, nəqliyyat, rabitə və humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

    Tərəflər həmçinin Dövlət Komissiyasının fevral ayında Bakıda keçirilən 17-ci iclasından sonra əldə edilən razılaşmaların həyata keçirilməsinin gedişatını da müzakirə ediblər.

    Müzakirə olunan mövzular arasında Şimal-Cənub dəhlizinin inkişafı və genişləndirilməsi, eləcə də artıq tamamlanmış Ağbənd-Kəlal körpüsündə sərhəd keçid infrastrukturunun istifadəyə verilməsi olub.