XƏBƏRLƏR / Qonşular

Avqust ayında Türkiyədə istehlak qiymətləri 52% artıb

Ölkənin Statistika İnstitutu artım tempinin ardıcıl üçüncü aydır yavaşladığını qeyd edir

Avqust ayında Türkiyədə istehlak qiymətləri 52% artıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avqust ayında Türkiyədə istehlak qiymətləri illik müqayisədə 52% artıb.

    Bu barədə ölkənin Statistika İnstitutunun (TürkStat) hesabatında deyilir.

    Artım tempi ardıcıl üçüncü aydır ki, yavaşlayır. İyulda inflyasiya 61,8% təşkil edib.

    Avqust ayı qiymət artımı ötən ilin iyulundan bəri ən aşağı göstəricidir.

    Trading Economics-in məlumatına görə, analitiklər orta hesabla qiymətlərin 52,2% artacağını gözləyirlər.

    Ötən ay ərzaq və alkoqolsuz içkilər 44,9 faiz (iyulda 58,9 faiz), nəqliyyat xidmətləri 29 faiz (46,1 faiz) bahalaşıb.

    Bununla yanaşı, kommunal xərclərin artım tempi iyulda 98,5%-dən 101,5%-ə yüksəlib.

    Ərzaq, enerji, alkoqol, tütün və qızıl xərclərini nəzərə almayan baza inflyasiyası keçən ay illik hesablanmış 51,6% təşkil edib ki, bu da 2023-cü ilin iyun ayından bəri ən aşağı göstəricidir. İyulda bu, 60,2% təşkil edib.