XƏBƏRLƏR / Qonşular

Pezeşkian bu gün Türkmənistana gedir

İran Prezidenti həmin tədbir çərçivəsində Rusiya Prezidenti ilə görüşəcək

Pezeşkian bu gün Türkmənistana gedir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran Prezidenti Məsud Pezeşkian bu gün Türkmənistanın xalq şairi Məhtumqulu Fəraqinin anadan olmasının 300-cü ildönümü münasibətilə keçiriləcək mərasimdə iştirak etmək üçün Türkmənistana gedəcək.

    Məsud Pezeşkianı ölkəsinə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov dəvət edib. Səfər iki gün davam edəcək.

    Prezident Pezeşkian Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Rusiya Prezidenti Vladimir Putinlə də görüşəcək.