Rusiya Azərbaycan moruğunu ərazisinə buraxmadı
“Rosselxoznadzor” Azərbaycandan gətirilən ümumi çəkisi 36 ton olan iki moruq partiyasını saxlayıb
Rusiya Azərbaycan moruğundan imtina edib.
“Rosselxoznadzor”un Dağıstan üzrə departamentinin əməkdaşları Azərbaycanla sərhəddə yerləşən Taqirkent-Kazmalyar keçid məntəqəsində Azərbaycandan gətirilən ümumi çəkisi 36 ton olan iki moruq partiyasını saxlayıblar.
Departamentin mütəxəssisləri yoxlamalar zamanı etiketləmə məlumatı ilə fitosanitar sertifikatlar arasında uyğunsuzluq faktlarını müəyyən ediblər ki, bu da Gömrük İttifaqı Komissiyasının “Avrasiya İqtisadi İttifaqında bitki karantininin təmin edilməsi haqqında” qərarının pozulması deməkdir.
Qaydalara uyğun məhsulları olan yük maşınları Azərbaycana qaytarılıb.