XƏBƏRLƏR / Qonşular

Rusiya Azərbaycana heç vaxt hədə-qorxu gəlməyib və gəlmir

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə danışıb

Rusiya Azərbaycana heç vaxt hədə-qorxu gəlməyib və gəlmir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Rusiya ilə Azərbaycan arasındakı gərginliyi belə şərh edib:

    “Bastrıkin (Rusiyanın İstintaq Komitəsinin кatıbı - ANS Press) hazırda Azərbaycanın Baş prokuroru ilə daimi təmasdadır və problemli görünən məsələlər müzakirə olunur.

    Yekaterinburqda həbslər, o cümlədən Azərbaycan vətəndaşlarına qarşı cinayətlərin istintaqı çərçivəsində həyata keçirilib.

    Ukrayna Rusiya ilə Azərbaycan arasında yaranmış vəziyyətin üzərinə yağ tökəcək. Rusiya Azərbaycanı heç vaxt təhdid etməyib və təhdid etmir”, - Peskov bildirib