XƏBƏRLƏR / Qonşular

Azərbaycandan Ermənistana 48 vaqon neft məhsulu göndərilib

Yük Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb

Azərbaycandan Ermənistana 48 vaqon neft məhsulu göndərilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycandan Ermənistana ümumilikdə 2 698 ton neft məhsulu daşıyan 48 vaqon Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb.

    Dəmiryolu stansiyasından verilən xəbərə görə, daşınan yüklərə 1 742 ton "Aİ-95" markalı benzin və 956 ton dizel yanacağı daxildir. Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.

    Bundan əvvəl, dekabrın 18-də Ermənistana 1 220 ton "Aİ-95" markalı avtomobil yanacağı göndərilib.

    Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında verdiyi qərara əsasən, işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir.