Bu ay Ermənistanın yeni Konstitusiya layihəsi dərc olunacaq?
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib
Ermənistan hakimiyyəti ölkənin yeni Konstitusiyasının layihəsini noyabr ayında dərc etməyi planlaşdırır.
"News-Armenia" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün 2027-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentin daimi komissiyalarının birgə iclasında bildirib.
Lakin Ermənistanın hakimiyyətə yaxın başqa mənbəyi Paşinyanın eyni çıxışına istinadən Konstitusiya layıhəsinin "ilin sonunadək, çox güman ki, noyabrda" dərc ediləcəyini yazıb.
“Biz yeni Konstitusiyanın layihəsini dərc edəcəyik, ictimai müzakirələr başlayacaq, daxil olan təkliflər təqdim ediləcək və nəzərdən keçiriləcək. Bu proses yeni Konstitusiya layihəsinin cəmiyyətimiz tərəfindən kifayət qədər geniş müzakirə olunduğuna əmin olana qədər davam edəcək”, – Paşinyan vurğulayıb.
Baş nazir qarşıda duran hökumət vəzifələrindən birinin Azərbaycanla sülh sazişinin imzalanması və ratifikasiyası olduğunu qeyd edib.
Xatırladaq ki, Ermənistan hakimiyyətı yeni Konstitusiya layihəsinin əvvəlcə bu ilin mart ayında, sonra iyun seçkilərindən sonra, daha sonra sentaybrda dərc edəcəyinə söz vermişdir.
1 dəqiqə