Şuşadan Ermənistana köçürülən məhbusların etirazı
Bu barədə Ermənistanın "Joğovurd" qəzeti yazıb
2020-ci ilin 44 günlük müharibəsi zamanı Şuşa həbsxanasından Ermənistanın cəzaçəkmə müəssisəsinə köçürülən məhbuslar etiraza qalxıb.
Bu barədə Ermənistanın "Joğovurd" qəzeti yazıb.
Məlumata görə, müharibədən sonra məhbuslar üçün "amnistiya aktı" olub və hamısı azad edilib. Onlar buna baxmayaraq 3 ildən çoxdur haqsız yerə həbsdə qaldıqlarını deyirlər.