XƏBƏRLƏR / Qonşular

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi İrəvandadır

Bu barədə "Sputnik Armenia" məlumat yayıb

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi İrəvandadır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianın Ermənistana səfəri başlayıb.

    Bu barədə "Sputnik Armenia" məlumat yayıb.

    Onu İrəvanın hava limanında Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan qarşılayıb.

    Qeyd olunub ki, İran rəsmisinin Ermənistanda baş nazir Nikol Paşinyanla görüşəcəyi gözlənilir.

    Xatırladaq ki, İrəvana səfərindən əvvəl Əli Əkbər Əhmədian Bakıda olub.