Təbrizdə molla rejiminin acığına Əliyev-Ərdoğan posterləri
Güney Azərbaycan Milli Hərəkatının fəalları şəhərin müxtəlif yerlərində Azərbaycan və Türkiyə liderlərinin şəkillərini yayıb
Təbrizin müxtəlif yerlərində İlham Əliyev və Rəcəb Təyyib Ərdoğanın şəkilləri paylanıb.
Ərdəbilin cümə imamı Həsən Amelinin və onun əlaltılarının Azərbaycan Prezidenti İlham Əliyevə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı təhqiramiz ifadələrindən sonra Güney Azərbaycan Milli Hərəkatının fəalları hər iki dövlət başçısının şəkilləri və Güney Azərbaycan Milli Hərəkatının təşviqat bayrağı olan posterləri Təbriz şəhərinin müxtəlif yerlərində nümayiş etdiriblər.
Bu aksiya canlı yayımda səsləndirilmiş Həsən Ameli və qulbeçələrinin özlərinə və rəhbərləri Xameneyiyə layiq sözlərinə cavab olaraq həyata keçirilib.
Milli fəallar bu etiraz aksiyası ilə həmin təhqiramiz ifadələrə öz etirazlarını bildirməyə, Türkiyə və Azərbaycana dəstəklərini bəyan etməyə çalışıblar.