İranın İRNA agentliyinin saytı Azərbaycan dilində də çıxır
Dövlət agentliyinin rəsmi saytı bu vaxtadək 11 dildə yayımlanırdı
İranın İRNA dövlət agentliyi indi Azərbaycan dilində də yayımlanmağa başlayıb. Fars dilindən başqa 10 dildə yayılan sayta "Azəri" adlanan Azərbaycan dili də əlavə olunub. Sayt bu vaxtadək fars, ingilis, ərəb, türk, ispan, rus, urdu (Pakistan, Hindistan), fransız, çin və puştu (Əfqanistan) dillərində yayılırdı. Azərbaycandilli səhifə dillər arasında sayca 12-dir.
Qeyd edək ki, İRNA-nın müxtəlif dillərdə yayılması sadə tərcümə deyil. Hər dildə çıxan səhifələr məzmun, mövzular və dizayn nöqteyi-nəzərdən ayrıca müstəqil saytlardır və onların üzərində fərqli redaksiyalar işləyir. Təbii ki, molla rejimi bu saytları xəbər məlumatından çox, təbliğat məqsədi ilə istifadə edir.