AŞ baş katibi Ermənistanda etiraz aksiyası ilə qarşılandı
Ermənistan mətbuatı xəbər verir
Avropa Şurasının baş katibi Mariya Peçinoviç-Buriç Ermənistana səfəri çərçivəsində Xarici İşlər Nazirliyinin inzibati binasına daxil olub.
Ermənistan mətbuatı xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin binası yaxınlığında Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriçin Ermənistana gəlişi ilə bağlı etiraz aksiyası keçirilir.
Lakin polis etirazçıların Avropa nümayəndə heyətinə yaxınlaşmasına imkan verməyib. AŞ-nin baş katibi sürətlə binaya daxil olub.