XƏBƏRLƏR / Qonşular

Azərbaycan və Rusiya arasında təmaslar davam etdirilir

Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib

Azərbaycan və Rusiya arasında təmaslar  davam etdirilir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya Azərbaycan üçün önəmli bir qonşun ölkədir, tərəfdaşdır.

    Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Qoşulmama Hərəkatının (QH) Gənclər Təşkilatının üzvləri ilə görüş çərçivəsində jrunalistlərə açıqlamasında bildirib.

    “Bu yaxınlarda Həştərxanda İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının iclası baş tutdu.

    İki ölkənin xarici işlər nazirləri arasında da təmas oldu. Yəni gündəlik əsasda bu təmaslar müxtəlif kanallarla davam etdirilir və daha da yaxşı olacaq”, - deyə nazir müavini qeyd edib.