XƏBƏRLƏR / Qonşular

Ermənistanda Qərbi Nil virusu yayılıb, ölən var

“Sputnik-Armenia” xəbər verir

Ermənistanda Qərbi Nil virusu yayılıb, ölən var
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistanda yayılan Qərbi Nil virusuna 20 nəfər yoluxub, bir nəfər isə ölüb.

    “Sputnik-Armenia”nın xəbərinə görə, bunu ölkənin Xəstəliklərə Nəzarət və Xəstəliklərlə Bağlı Xəbərdarlıq üzrə Mərkəzinin direktoru Sergey Çaxmaxyan deyib..

    Onun sözlərinə görə, hələlik ağcaqanadlar vasitəsilə yayılan bu xəstəliyi törədən həşəratların növü müəyyənləşdirilməyib.

    Qeyd edək ki, əksər hallarda Qərbi Nil virusu hər hansı simptomlarla müşayiət olunmur, lakin yoluxan hər beşinci adam qripp virusuna bənzər simptomlar hiss edir. Eyni zamanda onlarda yüksək hərarət, üşütmə, baş və bel nahiyyəsində ağrılar, yorğunluq və limfa düyünlərində şişkinlik kimi əlamətlər müşahidə olunur.

    Bəzi hallarda isə bu virus zamanı dəridə səpkilər əmələ gəlir. Qərbi Nil virusunun ağır forması isə mərkəzi sinir sisteminin zədələnməsi və meningitlə müşahidə olunur.