Paşinyan həyat yoldaşı ilə Münhenə getdi FOTO
Paşinyan fevralın 16-dan 18-dək orada olacaq
Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyan və uşaqları ilə Almaniyanın Münhen şəhərinə gedib.
Ermənistan mətbuatı xəbər verir ki, bu barədə onun mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkələrdə məlumat verib.
Paşinyan fevralın 16-dan 18-dək orada olacaq.
O, Münhen Təhlükəsizlik Konfransının rəsmi açılış mərasimində iştirak edəcək, həmçinin xarici həmkarları ilə bir sıra ikitərəfli görüşlər keçirəcək.