Qaribaşvilinin Azərbaycana səfəri başa çatdı
Gürcüstanın Baş naziri Tbilisiyə Qəbələdən uçub
![Qaribaşvilinin Azərbaycana səfəri başa çatdı](/uploads/images/2023/04/rs/image_750x_6431189c2a12a-750-1080-resize.webp)
Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana işgüzar səfəri aprelin 8-də başa çatıb. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Baş nazir İrakli Qaribaşvilini rəsmi şəxslər yola salıblar.