İran mətbuatı Laçındakı atışma ilə bağlı nə yazır?
Erməni mənbələri iddia edirlər ki, İran KİV-ləri SEPAH qüvvələrini həyəcan vəziyyətinə gətirib
Əslində isə İranın İRNA agentliyi baş verən atışma haqda azərbaycan mənbələrinə istinadən belə məlumat yayıb:
"İRNA-nın çərşənbə axşamı yaydığı xəbərə görə, Azərbaycan Respublikasının rəsmi xəbər agentliyi APA-nın verdiyi məlumata görə, bu toqquşmalar bu gün Azərbaycan Respublikasının Laçın şəhəri və Ermənistanın Qoros vilayətinin Diğ şəhəri yaxınlığında baş verib.
Bu media bu gün baş verən qarşıdurmalar zamanı bir neçə Azərbaycan əsgərinin öldüyünü və yaralandığını dəqiq statistikaya toxunmadan açıqlayıb.
Bu xəbərə görə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bugünkü toqquşmalara başlamaqda erməni tərəfini ittiham edərək, əks hərbi əməliyyatın aparıldığını və Ermənistan tərəfinin də itki verdiyini iddia edib.
Nazirlik onu da açıqlayıb ki, Ermənistan ordusu münaqişə zonasında Azərbaycan ordusunun mövqelərinə qarşı genişmiqyaslı hərbi əməliyyatlar aparmaq üçün qüvvə və texnika toplayır.
Azərbaycan 24/7 xəbər saytı onu da iddia edib ki, bugünkü toqquşmalar zamanı Ermənistan ordusu Azərbaycan ordusunun mövqelərini top və minaatanlardan atəşə tutmaqla yanaşı, ilk dəfə olaraq Azərbaycan qüvvələrinə qarşı İranın pilotsuz təyyarələrindən istifadə edib".