Ermənistanda Qegarkunik bölgəsində başlayan genişmiqyaslı yanğın Qazax rayonu ilə həmsərhəd olan Tavuş istiqamətinə yayılıb və artıq Dilican Milli Parkına çatıb.

Bu barədə "Sputnik Armeniya" Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb

Bununla yanaşı, “Hayastan” fraksiyasının deputatı Qarnik Danielyan yanğının Dilican parkına çataraq Semenovka icmasına yaxınlaşdığını və küləyin vəziyyəti ağırlaşdırdığını bildirib. O, əhaliyə birgə mübarizə üçün çağırış edib.

Bildirilir ki, 669 yanğınsöndürən, ekopatrulun 215 əməkdaşı və yerli sakinlər Dilican ətrafında otlaqları əhatə edən yanğının söndürülməsinə cəlb olunub.
1 dəqiqədən az