XƏBƏRLƏR / Qonşular

İranda ilk dəfə qadın yol və şəhərsalma naziri təyin edildi

İran parlamenti Prezident Məsud Pezeşkianın təklif etdiyi bütün nazirləri təsdiqləyib

İranda ilk dəfə qadın yol və şəhərsalma naziri təyin edildi
Fərzanə Sadiqi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İranda Fərzanə Sadiqi yollar və şəhərsalma naziri təyin edilib.

    Bu barədə İran KİV-i məlumat yayıb.

    Bildirilib ki, İran parlamenti onun bu vəzifəyə təyin edilməsini təsdiqləyib.

    O, İranda bu vəzifəni tutan ilk qadındır.

    Qeyd edək ki, Məsud Pezeşkianın təklif etdiyi bütün nazirlər İran İslam Şurasından etimad səsi alıb.

    İran parlamenti Prezident Məsud Pezeşkianın təklif etdiyi bütün nazirləri təsdiqləyib.

    Pezeşkian öz kabinetini müdafiə edərkən son çıxışında vurğulayıb ki, Xamenei və ölkənin kəşfiyyat orqanları artıq siyahıya razılıq veriblər.

    Nazirlər Kabinetinin üzvləri aşağıdakılardır:

    Xarici işlər naziri - Seyid Abbas Araqçi

    Müdafiə, logistika və silahlı qüvvələr naziri - Əmir Əziz Nəsirzadə

    Təhsil naziri - Əlirza Kazemi

    Əlaqələr və informasiya texnologiyaları naziri - Səttar Haşemi

    ETTELAAT naziri - Seyid İsmayıl Xatib

    İqtisadiyyat və maliyyə naziri - Abdul Naser Himmeti

    Səhiyyə, müalicə və tibbi təhsil naziri - Məhəmmədreza Zəfərqandi

    Əmək və sosial təminat naziri - Əhməd Midari

    Kənd təsərrüfatı naziri - Qulamrza Nuri

    Ədliyyə naziri - Amin Hüseyn Rəhimi

    Yol və şəhərsalma naziri - Fərzanə Sadeq Malvacard

    Sənaye, dağ mədən hasilatı və ticarət naziri - Məhəmməd Atabek

    Elm, araşdırma və texnologiya naziri - Hüseyn Simai Saraf

    Mədəniyyət və islam irşad naziri - Seyid Abbas Salehi

    Daxili işlər naziri - İsgəndər Mömini

    Mədəni irs və turizm naziri - Məhəmməd Reza Salehi Amiri

    Neft naziri -  Möhsün Pahnejad

    Energetika naziri - Abbas Əliabadi

    İdman və gənclik naziri -  Əhməd Dünyamalı