XƏBƏRLƏR / Qonşular

İranda magistral qaz kəmərində güclü partlayış olub

Hadisə İranın qərbindəki Çeharmehal və Bəxtiyariya əyalətinin Borujen şəhəri yaxınlığında baş verib

İranda magistral qaz kəmərində güclü partlayış olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın qərbindəki Çeharmehal və Bəxtiyariya əyalətinin Borujen şəhərində qaz kəmərinin magistral xəttində partlayış baş verib. Səbəbi bilinmir. Nəticədə yanğın 60 km radiusda görünüb (İ"Fars" xəbər agentliyi).

    Qeyd edilir ki, qaz kəməri təbii qazın Fars körfəzindəki neft emalı zavodlarından İranın iri şəhərlərinə, xüsusən də Tehran, İsfahan və Məşhədə nəqli üçün əsas “arteriya”dır.

    Daha sonra oxşar partlayış İslam Respublikasının cənub-qərbində Fars əyalətinin Sefaşehr şəhərində də baş verib.