XƏBƏRLƏR / Qonşular

Tokayev Ermənistanın xarici işlər naziriniı qəbul edib FOTO

Qazaxıstan Prezidenti Ararat Mirzoyanla Ermənistan və Azərbaycan arasında sülh sazişini müzakirə edib

Tokayev Ermənistanın xarici işlər naziriniı qəbul edib FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edib.

    Görüşdə Qazaxıstanın Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqların başa çatdırılmasını dəstəklədiyi vurğulanıb.

    "Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması Cənubi Qafqaz regionunda həm Qazaxıstan, həm də bütün Mərkəzi Asiya ölkələri ilə təhlükəsizliyin möhkəmləndirilməsinə və əməkdaşlığın fəal inkişafına töhfə verəcək." Bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıqları zamanı deyib.

    Qazaxıstan da Ermənistana mal tədarükünü 350 milyon dollar artırmağa hazır olduğunu bildirib.