Avropalılar "binokl şousu"nu bu dəfə Arazdəyəndə keçiriblər
Avrocəsusların fəaliyyəti Azərbaycan ordusunun bölmələrinin nəzarəti altındadır

Azərbaycan tərəfi üzərində Avropa İttifaqının bayraqları olan iki avtomobilin, eləcə də Ermənistan silahlı qüvvələrinə məxsus “UAZ Patriot” markalı avtomobilin Ermənistan Respublikasının Dəvalə rayonunun Arazdeyan (Erasx) qəsəbəsinə gəlməsi qeydə alınıb.
Avrocəsusların fəaliyyəti Azərbaycan ordusunun bölmələrinin nəzarəti altındadır. Monitorinq həm vizual, həm də texniki vasitələrdən istifadə etməklə həyata keçirilir.