"Söhbət sülhə xələl gətirməyən Konstitusiyadan gedir"
Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan ölkə Konstitusiyasının dəyişilməsinin zəruriliyini vurğulayıb

Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan faktiki olaraq Azərbaycanın Qarabağ bölgəsinə ərazi iddialarının ölkə Konstitusiyadan çıxarılması tələbini qəbul etdiyini bəyan edib.
"Söhbət sülhə xələl gətirməyən Konstitusiyadan, sülh müqaviləsindən, sülhə yönəlmiş münasibətlərdən gedir," - Qalyan deyib.