XƏBƏRLƏR / Qonşular

Ermənistanda “Starlink” peyk rabitə sistemi işə başlayıb

"Starlink" yüksək sürətli genişzolaqlı peyk internetinə çıxışı təmin edir

Ermənistanda “Starlink” peyk rabitə sistemi işə başlayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanda “Starlink” qlobal peyk rabitə sisteminin xidmətləri istifadəyə verilib.

    Bu barədə yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan məlumat verib. Onun sözlərinə görə, “sistemin işə salınması təkcə şəhərlərdə deyil, həm də ölkənin ən ucqar və əlçatmaz regionlarında sürətli və dayanıqlı internetlə təmin olunacaq”.

    Qoşulma qiymətləri belədir:

    • Standart plan: ayda $120. Trafik məhdudiyyəti olmadan 250 Mbit/s-ə qədər sürət.
    • RV (səyyar avtomobil) Planı: ayda $150. Standart planla eyni xüsusiyyətlərə malikdir, lakin avadanlıqları daşımaq imkanı ilə.
    • Biznes plan: ayda $500. 350 Mbps-ə qədər sürət, prioritet şəbəkəyə giriş.

    Bundan əlavə, 599 dollara Starlink Kit aparatının birdəfəlik alınması tələb olunur.

    "Starlink" yüksək sürətli genişzolaqlı peyk internetə çıxışı təmin etmək üçün "SpaceX" tərəfindən yerləşdirilən qlobal peyk sistemidir.