XƏBƏRLƏR / Qonşular

Bu gün Paşinyan Qazaxın Əskipara kəndinə gedib YENİLƏNİB

Ermənistanın baş naziri kənd sakinləri ilə ikinci dəfə görüşüb FOTO

Bu gün Paşinyan Qazaxın Əskipara kəndinə gedib YENİLƏNİB
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 14:04

    Ermənistanın baş naziri Nikol Paşinyan "Telegram" kanalında Əskipara (ermənilər Voskepar deyirlər- red.) səfərinə toxunub. "Bu gün mən Voskeparda oldum, orada sakinlərlə görüş keçirdim" deyə Paşinyan kanalda qısaca qeyd edir. Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan deyib: “Voskeparda baş nazir yerli sakinlərə Azərbaycanla sülh prosesini, o cümlədən sərhədlərin demarkasiyası prosesində mövcud vəziyyəti təqdim edib”.

    Bu arada Ermənistanın "Teleqram" kanalları Paşinyanın ultimatum şəklində Voskepar sakinlərinə kəndlərin qaytarılacağını bildirib. Görüş çox çəkməyib - təxminən 20 dəqiqə. Görüş zamanı Paşinyan qeyd edib ki, 90% ekvivalent mübadilə ilə razılaşacaqları barədə razılığa gəliblər və o, Əliyevin cavabını gözləyir. Bununla belə, Paşinyan alternativ yolun çəkilməsi təklifini irəli sürüb, kənd sakinləri buna qəti şəkildə qarşı çıxıblar və başqa yolun çəkilməyəcəyini bildirdilər”.

    ***

    12:12

    Paşinyan bu gün kənd sakinləri ilə görüşmək üçün Qazaxın Əskipara kəndinə (ermənilər bu kəndi Voskepar adlandırırlar) yola düşür.

    Əgər dörd kəndin Azərbaycana qaytarılması məsələsi ilə bağlı kəndlilərlə aparılan danışıqların bu raundu uğursuz olarsa, o zaman sərhəd münaqişəsinin gərginləşməsi mümkündür, nəticədə Bakı dörd kəndini zor gücünə qaytaracaq. Bu vəziyyətdə İrəvandan Tbilisiyə qismən Azərbaycan ərazisindən keçən marşrutdan istifadəyə dair razılığa gəlmək mümkün olmayacaq.

    Qeyd edək ki, Tavuş vilayətinin ermənilər Voskepar kəndi Azərbaycanın Qazax rayonunun işğal olunmuş 7 kəndi ilə üzbəüz ərazidə yerləşir.

    Paşinyanın Tavuşa birinci səfəri zamanı kənd camaatı ilə görüşü rahat keçməmişdi. Həmin görüşdə Paşinyan Qazaxın işğal altındakı 4 kəndinin – Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı və Bağanız Ayrımın Azərbaycana təhvil verilməsinin vacibliyini vurğulamışdı. Vospekar erməniləri isə baş nazirin sözlərinədn narazı qalmışdılar. Paşinyan isə onlara demişdi ki, bu kəndlər təhvil verilməlidir, əks halda müharibə başlayacaq.

    Nikol Paşinyan son mətbuat konfransında da bu kəndlərin Ermənistana aid olmadığını bəyan edib.

    Xatırladaq ki, Azərbaycanın Qazax rayonunun 7 kəndi - Bağanıs Ayrım, Aşağı Əskipara, Qızılhacılı, Xeyrimli, Yuxarı Əskipara, Barxudarlı və Sofulu 90-cı illərin əvvəllərində Ermənistan tərəfindən işğal olunub.

    Bu kəndlərdən 4-ü (Bağanıs Ayrım, Aşağı Əskipara,  Qızılhacılı, Xeyrimli) esklav olmayan yaşayış məntəqələridir, 3-ü isə (Yuxarı Əskipara, Barxudarlı, Sofulu) ekslavdır (hər tərəfdən Ermənistan ərazisilə əhatə olunub).

    Hazırda kəndlərin Azərbaycana qaytarılması gündəmin əsas müzakirə məsələsidir. Azərbaycan tərəfi Ermənistandan qanunsuz olaraq Tavuş bölgəsinə daxil etdiyi bu kəndlərin 4-nü ilk növbədə qeyd-şərtsiz qaytarılmasını istəyir. Rəsmi Bakı bildirib ki, daha sonra digər 3 kəndin və Naxçıvanın işğal altındakı esklav olan Kərki kəndinin qaytarılması məsələsi müzakirə olunmalıdır.

    Ermənistanda isə hələ ki buna müqavimət göstərilir, proses uzadılır.