XƏBƏRLƏR / Qonşular

Türkiyədə yaşayış icazəsi üçün tələblər sərtləşdirildi

Qeyd edək ki, ölkədə yaşamaq icazəsi olan 1,1 milyondan çox əcnəbi yaşayır ki, onlardan 122 mini ruslardır

Türkiyədə yaşayış icazəsi üçün tələblər sərtləşdirildi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə daşınmaz əmlak almaqla yaşayış icazəsi almaq üçün yeni qaydalar tətbiq edib.

    Türkiyədə yaşayış icazəsi üçün ölkədə alınmalı olan daşınmaz əmlakın qiyməti 50-75 min dollardan 200 min dollara yüksəldilib.

    Qeyd edək ki, ölkədə yaşamaq icazəsi olan 1,1 milyondan çox əcnəbi yaşayır ki, onlardan 122 mini ruslardır.

    Yeni meyarlar oktyabrın 16-dan qüvvəyə minib və daşınmaz əmlak almaq yolu ilə yaşayış icazəsi almaq istəyənlərə şamil edilir.