XƏBƏRLƏR / Qonşular

Türkiyə ilə münasibətlərimiz tam normallaşmağa yaxındır

Bunu Nikol Paşinyan Dublin Beynəlxalq və Avropa Münasibətləri İnstitutunda bildirib

Türkiyə ilə münasibətlərimiz tam normallaşmağa yaxındır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • "Ermənistan və Türkiyə arasında diplomatik münasibətlərin qurulması və sərhədlərin tam açılması istiqamətində son mərhələyə yaxındır".

    Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Dublin Beynəlxalq və Avropa Münasibətləri İnstitutundakı çıxışında deyib.

    “Son görüşümüzdən sonra biz son addıma – diplomatik münasibətlərin qurulmasına və sərhədlərin tam açılmasına çox yaxınıq”, – Paşinyan vurğulayıb.

    Paşinyan həmçinin Dublində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünün nəticəsi haqda danışıb:

    "Mənim Azərbaycan Prezidenti ilə görüşüm oldu və bilirsiniz ki, həmin görüşdən çıxardığım nəticə budur: indi davamlı, qəti, daimi və təhlükəsiz bir sülh yaratmaq üçün çox real və tarixi bir şansımız var və bu fürsəti əldən vermək bağışlanmaz olardı@/