XƏBƏRLƏR / Qonşular

Tokayev Milli Təhlükəsizlik Komitəsinin sədrini də çıxardı

Qazaxıstanda kadr dəyişiklikləri davam edir

Tokayev Milli Təhlükəsizlik Komitəsinin sədrini də çıxardı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) sədri Yermek Sagimbayev vəzifəsindən azad edilib. Müvafiq fərman Prezident Kasım-Jomart Tokayev tərəfindən imzalanıb.

    Onun yerinə bundan əvvəl MTK-nın sədr müavini olan Marat İrmenov təyin edilib. Prezident  Tokayev Milli Təhlükəsizlik Komitəsinin yeni sədri Marat İrmenovu təqdim edib və Komitənin prioritetlərini açıqlayıb.

    O, milli təhlükəsizlik sistemində islahatların aparılmasını, onun effektivliyinin artırılmasını, kadr siyasətinin təkmilləşdirilməsini, korrupsiyanın qarşısının alınmasını və sosial-iqtisadi sabitliyə təhdidlərin aradan qaldırılmasını gücləndirməyi tapşırıb.