Beynəlxalq Kosmik Stansiyadakı missiyasını başa vuran Türkiyənin ilk astronavtı Alper Gezeravcı vətənə qayıdıb.
Türkiyə Prezidenti Ərdoğan Türkiyənin ilk astronavtı Alper Gezeravcını Esenboğa hava limanında (Ankara) qarşılayıb. Qəbulda Gezeravcının ailəsi onu müşayiət edib.
Gezeravcı Beynəlxalq Kosmik Stansiyada (BKS) keçirdiyi 18 gün ərzində yanında olan Türkiyə bayrağını və üzərində “Türkiyənin ilk insanlı kosmos missiyası” yazılan şərfi prezident Ərdoğana təqdim edib.
Ərdoğan da Gezeravcıya saat hədiyyə edib.
Qəbulda prezident Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan və Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır da olub.