XƏBƏRLƏR / Qonşular

Putin Gürcüstan vətəndaşlarına vizasız rejimi genişləndirir

Bu Gürcüstanın ABŞ və Avropa İttifaqı ilə münasibətlərin gərginləşməsi fonunda baş verir

Putin Gürcüstan vətəndaşlarına vizasız rejimi genişləndirir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Gürcüstanın Qərblə münasibətləri korlandığı bir vaxtda Rusiya prezidenti Vladimir Putin Gürcüstan vətəndaşları üçün vizasız rejimi genişləndirib.

    Putinin fərmanı ilə məhdudiyyətlər aradan qaldırıldı və indi Gürcüstan vətəndaşları Rusiyaya vizasız, o cümlədən 90 gündən çox işləmək və təhsil almaq üçün gedə biləcəklər.