Ermənistan XİN-i “Dağlıq Qarabağ” bölməsini ləğv etdi
Bu barədə erməni politoloq Sergey Melkonyan da sosial şəbəkələrdə yazıb
Ermənistan Xarici İşlər Nazirliyinin saytında həmişə “Dağlıq Qarabağ problemi” bölməsi olub. Bölmə erməni, rus, ingilis və fransız dillərində fəaliyyət göstərib.
Ermənistan KİV-i həmin səhifənin bütün dil versiyalarından artıq silindiyini bildirib.
Bu barədə erməni politoloq Sergey Melkonyan da sosial şəbəkələrdə yazıb.
“Əgər bu texniki səhv deyilsə, o zaman Ermənistan artıq texniki və rəsmi olaraq Azərbaycanla həmrəydir: “Dağlıq Qarabağ problemi artıq mövcud deyil”, - o yazıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Prezidentinin köməkçisi Elçin Əmirbəyov Ermənistanın Müstəqillik Bəyannaməsi ilə yanaşı, Xarici İşlər Nazirliyinin rəsmi saytının da Bakı üçün mübahisəli olduğunu bildirmişdi: ona görə ki, bölmə Qarabağın Ermənistanın tərkib hissəsi olduğunu bildirirdi.