XƏBƏRLƏR / Qonşular

Pezeşkianla Paşinyan arasında telefon danışığı olub

Bu barədə "İRNA" xəbər verir

Pezeşkianla Paşinyan arasında telefon danışığı olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran beynəlxalq qanunlara sadiqdir, ancaq təzyiq altında əyilməyəcək.

    “İRNA” xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı zaman bildirib.

    Onun sözlərinə görə, İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin nəzarəti altında fəaliyyətinin sülhməramlı olduğunu dəfələrlə sübut edib.

    Prezident qeyd edib ki, İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin fətvası əsasında atom silahının istehsalına qadağa qoyulub.

    Bildirilib ki, Nikol Paşinyan Məsud Pezekianı Ermənistana dəvət edib.