XƏBƏRLƏR / Qonşular

Aİ üçlüyünün İranla görüşü iyulun 25-də İstanbulda keçəcək

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekai xəbər verib

Aİ üçlüyünün İranla görüşü iyulun 25-də İstanbulda keçəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Beqai: İran və Aİ-3 ölkələrinin İranın nüvə proqramı ilə bağlı danışıqları iyulun 25-də İstanbulda keçiriləcək.

    Görüş ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcək.

    Eyni zamanda İran mediası yazır ki, bu, Fransa, İngiltərə və Almaniya ilə bu məsələ ilə bağlı 5-ci görüş olacaq. Qeyd olunur ki, bu görüşlər “ABŞ ilə dolayısı danışıqlardan ayrı” keçirilir.

    Qeyd edək ki, bundan əvvəl danışıqların iyulun 27-də Cenevrədə baş tutacağı bildirilirdi.