Paşinyan Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb
Bu barədə "Hraparak" nəşri xəbər yayıb
Ermənistan mətbuatı xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan təcili olaraq ölkənin Təhlükəsizlik Şurasının üzvlərini çağırıb.
“Paşinyan hazırda parlamentin spikeri Alen Simonyan, müdafiə naziri Suren Papikyan, baş nazirin müavini Mher Qriqoryan, MTN-in direktoru Armen Abazyan və daxili işlər naziri Vahe Qazaryanla görüşür”, - deyə məlumatda bildirilir.
İclasın gündəliyi məlum deyil.