Ermənistanla Türkiyə Arpaçay və Araz çayının suyunu bölürlər
Türkiyə nümayəndə heyəti bu məqsədlə Ermənistana gəlib
Ermənistan və Türkiyə Axuryan (Arpaçay) və Araz çaylarının birgə istismarını müzakirə ediblər.
Ermənistan Respublikası ilə Türkiyə arasındakı sərhəd keçid məntəqəsində, daha sonra isə "Jrar" QSC-nin (Su Komitəsi) inzibati binasında transsərhəd su ehtiyatlarının idarə olunması üzrə Ermənistan-Türkiyə daimi komitələrinin "Sardarapat Tənzimləyicisinin istismarı" və "Axuryan Su Anbarının istismarı" mövzusunda iclas keçirilib. Bu barədə Ermənistanın Su Komissiyası məlumat verib.
Görüş zamanı bir sıra mühüm razılaşmalar əldə edilib.
1 dəqiqədən az